Azərbaycan 3 ölkədən çay idxalını bərpa edib
- 22 dekabr, 2022
- 06:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricdən 60,3 milyon ABŞ dolları dəyərində 11 min 747 ton qara çay alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 0,4 % çoxdur.
Şri-Lankadan 51,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 9 min 807 ton (+5,3 %), Rusiyadan 4,2 milyon ABŞ dolları dəyərində (-1 %) 794,2 ton (-10,5 %), Hindistandan 2 milyon ABŞ dolları dəyərində (-23,3 %) 593,8 ton (-19 %), Keniyadan 1,3 milyon ABŞ dolları dəyərində (+71,7 %) 264 ton (+45,9 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 309 min ABŞ dolları dəyərində (+21,2 %) 35,55 ton (+18,6 %) məhsul gətirilib.
Beş il 10 ayın tamamında Tayvandan, 3 il 4 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından və 3 il 1 aydan sonra Bolqarıstandan Həmin ölkələrdən müvafiq olaraq 2,3 min ABŞ dolları dəyərində 0,2 ton, 0,7 min ABŞ dolları dəyərində 0,02 ton və 0,25 min ABŞ dolları dəyərində 0,03 ton çay idxal edilib.
Hesabat dövründə Azərbaycan 9,8 milyon ABŞ dolları dəyərində (+52,4 %) 1 min 554 ton (+89 %) qara çay ixrac edib.
Rusiyaya 4,1 milyon ABŞ dolları dəyərində (+13 dəfə) 863,16 ton (+16 dəfə), Gürcüstana 4 milyon ABŞ dolları dəyərində (+3,2 %) 489,95 ton (-4,7 %), Ukraynaya 953 min ABŞ dolları dəyərində (-29,5 %) 118 ton (-30,8 %), BƏƏ-yə 158 min ABŞ dolları dəyərində (+80,5 %) 15,9 ton (+75,1 %), Polşaya 104 min ABŞ dolları dəyərində 22 ton (bir il 3 aydan sonra tədarük bərpa edilib) məhsul göndərilib.