Azərbaycan 3 ölkədən akkumulyator idxalını bərpa edib
- 25 yanvar, 2024
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 34,1 milyon ABŞ dolları dəyərində 2 milyon 340 min 662 ədəd akkumulyator idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 59,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 7,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 27,3 % çoxdur) 1 milyon 833 min 524 ədəd (+84 %), Türkiyədən 7,5 milyon ABŞ dolları dəyərində (+12 %) 161 min 157 ədəd (+1 %), Qazaxıstandan 4,2 milyon ABŞ dolları dəyərində (+13,4 %) 111 min 496 ədəd (+6,5 %), Rusiyadan 3,4 milyon ABŞ dolları dəyərində (+90 %) 77 min 389 747 ədəd (+2,1 dəfə), Belarusdan 1,9 milyon ABŞ dolları dəyərində (+4,3 %) 47 min 129 ədəd (+12,2 %) məhsul alıb.
Altı il 5 ayın tamamında Banqladeşdən (0,2 min ABŞ dolları dəyərində 90 ədəd), 3 il 1 aylıq fasilənin ardından Braziliyadan (0,04 min ABŞ dolları dəyərində 3 ədəd), 1 il 9 aydan sonra Honkonqdan (Çinin xüsusi inzibati rayonu) (39,2 min ABŞ dolları dəyərində 4 200 ədəd) akkumulyator tədarükü bərpa edilib.
2022-ci ildə Azərbaycana (52 ölkədən) idxal olunmuş 1 milyon 636 min ədəd akkumulyatorun 65,8 %-i Çinin payına düşüb.