Azərbaycan 11 ayda meyvə-tərəvəz ixracından 628 milyon dollar gəlir götürüb

Biznes
  • 19 dekabr, 2024
  • 10:00
Azərbaycan 11 ayda meyvə-tərəvəz ixracından 628 milyon dollar gəlir götürüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 627 milyon 969,3 min ABŞ dolları dəyərində 610 min 5 ton meyvə və tərəvəz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 2,1 %, həcmi isə 4,9 % azalıb.

11 ay ərzində Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 23,7 % təşkil edib.

Noyabrda isə ölkədən 92 milyon 974,3 min ABŞ dolları məbləğində 94 min 320 ton meyvə və tərəvəz ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 3,9 % və 9,3 % azdır.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,4 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, illik müqayisədə 2,4 % azdır.

11 ayda Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.

44 filmi