AZAL bütün reysləri ikinci terminaldan həyata keçirəcək

Biznes
  • 23 mart, 2020
  • 15:57
AZAL bütün reysləri ikinci terminaldan həyata keçirəcək

Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.

Bu barədə “Report”a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, koronavirus infeksiyasının (“COVID-19”) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.

44 - Tezliklə