ASK-nın Xorvatiyada nümayəndəliyi açılıb
- 01 mart, 2017
- 11:53
Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Xorvatiyada (ümumilikdə Balkan region üzrə) nümayəndəliyi təsis edilib.
Bu barədə "Report"a ASK-dan məlumat verilib.
Məlumata görə, Xorvatiyada fəaliyyət göstərən iş adamı Yusif Eyyubov rəhbərlik edəcəyi nümayəndəlik Balkan ölkələri və Azərbaycanın biznes icmaları arasında səmərəli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, yeni imkanların, ticarət və investisiyaların təşviq olunması, ticarət, sənaye və kənd təsərrüfatı və s. iki tərəfli əlaqələrin genişlənməsi məqsədi ilə yaradılıb. Yxın perspektivdə iki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsi, tərəfdaşların axtarılıb tapılması, müxtəlif ölkələrdə investisiya imkanlarının araşdırılması istiqamətində konkret tədbirlərin təşkili planlaşdırılır.
Qeyd edək ki, bununla da ASK-nın xarici ölkələrdəki nümayəndəliklərinin sayı 16-ya çatıb. Hazırda qurumun təmsilçi ofislər Rusiya, Polşa, Macarıstan, Çexiya, İtaliya, Bolqarıstan, Moldova , İspaniya, Ukrayna, İngiltərə, BƏƏ, ABŞ, Fransa, Türkiyə və Almaniyada fəaliyyət göstərirlər.