“Amazon” "Tom and Jerry"nin istehsalçısı olan media şirkətini satın alıb

Biznes
  • 26 may, 2021
  • 13:37
“Amazon” Tom and Jerrynin istehsalçısı olan media şirkətini satın alıb

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkəti bədii və cizgi filmlərinin, eləcə də televiziya proqramlarının istehsalçısı olan yerli media şirkəti - “Metro Goldwyn Mayer”i (MGM) 8,45 milyard dollara satın alıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, məşhur "Tom and Jerry"nin də istehsalçısı olan MGM-nin bazasında 4 mindən çox film və 17 mindən çox televiziya proqramı var.

Sövdələşmə barədə xəbərdən sonra fond birjalarında "Amazon"un səhmləri 0,5% bahalaşıb. Qeyd edək ki, bu satınalma 13,7 milyard dollarlıq “Whole Foods”un alqı-satqısından sonra 2-ci ən bahalı müqavilədir.