Ağdamda məcburi köçkünlərdən investisiya layihələrinin qəbuluna başlanılıb
- 18 avqust, 2015
- 07:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 avqust. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlərlə prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məcburi köçkünlərin südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı, meyvə və süd emalı müəssisələrinin yaradılması ilə bağlı layihələrinə üstünlük veriləcək
Bu gündən etibarən məcburi köçkünlər investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Qeyd edək ki, SKMF avqustun 13-də Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.