ADB: "Son 10 ildə Azərbaycanda vərəm və HİV-ə yoluxanların sayı 2 dəfə azalıb"
- 24 avqust, 2022
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2010-2020-ci illərdə Azərbaycanda vərəmə yoluxanların sayı 2 dəfə azalıb.
“Report” xəbər verir ki, bu barədə Asiya inkişaf Bankının (ADB) “The Key Indicators for Asia and the Pacific 2022” (2022-ci ildə Asiya-Sakit Okean regionunun açar indikatorları) hesabatında bildirilir.
Sənədə əsasəm, əgər 2021-cu ildə adıçəkilən xəstəliyə hər 100 min nəfərdən 104-ü yoluxurdusa, 2020-ci ildə bu göstərici 58-ə düşüb.
"Qazanılmış İmmun Virusuna (HIV) yoluxanların da sayında 2 dəfə azalma müşahidə edilir. Belə ki, 2010-cu ildə hər 1 000 yoluxmamış şəxsə 0,08, 2020-ci ildə isə 0,04 yoluxmuş şəxs düşüb.
Malyariya ilə bağlı göstəricilərə görə isə, 2010-cu ildə hər 1000 nəfərə 0,2 nəfər yoluxmuş şəxs düşsə də, 2020-ci ilin rəqəmləri açıqlanmayıb", - deyə hesabatda qeyd olunub.