ADB Azərbaycanda 2030-cu ilədək məşğulluqla bağlı gözləntilərini açıqlayıb

Biznes
  • 24 may, 2022
  • 06:33
ADB Azərbaycanda 2030-cu ilədək məşğulluqla bağlı gözləntilərini açıqlayıb

Azərbaycanda ixtisaslı işçilərin məşğulluğu gələn il 0,023 %, 2024-cü ildə isə 0221 % azalacaq.

“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “COVID-19 ilə əlaqədar məktəblərin bağlanmasının potensial iqtisadi təsirləri” adlı hesabatında bildirilib.

Sənədə əsasən, bu azalma tempi 2025-ci ildə 0,250 %, 2026-cı ildə 0,303 %, 2027-ci ildə 0,390 %, 2028-ci ildə 0,431 %, 2029-cu ildə 0,461 %, 2020-cu ildə 0,682 % olacaq.

Qeyd edək ki, bu kateqoriya üzrə region ölkələrindən yalnız Rusiyada 2023-cü ildə 0,041 % artım olsa da, növbəti 7 ildə mənfiyə çevriləcək.

2023-cü ildə Azərbaycanda ixtisassız işçilərin məşğulluğu 0,016 %, növbəti 7 ildə isə müvafiq olaraq 0,209 %, 0,232 %, 0,273 %, 0,347 %, 0,384 %, 0,410 %, 0,615 % azalacaq.

44 filmi