ADB: "Azərbaycan 2010-2019-cu illərdə ən sürətli inkişaf edən ölkələrdən olub"

Biznes
  • 24 avqust, 2022
  • 10:41
ADB: Azərbaycan 2010-2019-cu illərdə ən sürətli inkişaf edən ölkələrdən olub

2010-1019-cu illərdə Asiya-Sakit Okean regionuna daxil olan 35 ölkədən 17-si istehsal sahəsində orta və yüksək texnologiyalı sənayenin payını artıra bilib.

“Report” xəbər verir ki, bu barədə Asiya inkişaf Bankının (ADB) “The Key Indicators for Asia and the Pacific 2022” (2022-ci ildə Asiya-Sakit Okean regionunun açar indikatorları) hesabatında bildirilir.

Sənədə əsasən, hesabat dövründə Azərbaycan ən sürətli inkişaf yolu keçən 3 ölkədən biri olub: "Azərbaycan, Monqolustan və Vyetnam 2010-2019-cu illərdə ən sürətli inkişaf edən ölkələrdən olub. Sadəcə koronavirus (COVID-19) pandemiyası istehsal proseslərini dəstəkləyən tələbə və təchizat zəncirlərinə böyük pozucu təsir edib. Həm istehsalın məhsuldarlığı, həm də məşğulluq baxımından 2019-cu ildən 2020-ci ilə qədər davam etmiş enmə Asiya-Sakit Okean regionundan da yan keçməyib.

2020-ci ildən 2021-ci ilə qədər Özbəkistanın istehsal sektorunda azı 20% artımla iqtisadi məhsuldarlıqda müəyyən dərəcədə canlanma müşahidə olunub.

2019-cu ildən 2020-ci ilə qədər əksər iqtisadiyyatlarda istehsal sənayesində məşğulluq kəskin şəkildə azalıb. Yalnız Azərbaycan, İndoneziya, Filippin və Özbəkistanda 2020-ci ildən 2021-ci ilə qədər bərpa əlamətləri müşahidə olunub və hər biri istehsal sahəsində məşğulluqda azı 4% artım qeydə alıb”.