“ABAD” Balakəndə fəaliyyətə başlayıb - FOTO

Biznes
  • 04 avqust, 2017
  • 14:06
“ABAD” Balakəndə fəaliyyətə başlayıb - FOTO
Report.az

Balakən. 4 avqust. REPORT.AZ / “ABAD” (Ailə Biznesinə Asan Dəstək) Balakəndə fəaliyyətə başlayıb.

Bu barədə “Report”un Şimal-qərb bürosunun “ABAD”ın direktoru Rüfət Elçiyev məlumat verib. 

Onun sözlərinə görə, "ABAD"ın yaradılmasında məqsəd kiçik ailə biznesləri və ailə təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə verməkdir: "ABAD" istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarəedilməsini həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır. Bu funksiya "ABAD" tərəfindən həyata keçirilir. "ABAD"ın diqqət mərkəzində olan yeganə məsələ keyfiyyətli məhsulların istehsal olunmasıdır. "ABAD" ailələrin ehtiyaclarına uyğun olaraq onların yüksək keyfiyyətli avadanlıqlar və alətlər, istehsal qurğuları ilə təmin olunmasına köməklik göstərir. Satın alınan texnologiya bütün normalara və standartlara uyğun gəlir. Ailələrə əl işləri və suvenirlərin yeni dizaynları təklif edilir. Hər bir istehsal olunan məhsulun üzərində ailənin soyadı qeyd olunur. Bu da məhsulun bazarlarda satışı zamanı brend olaraq ailəyə məxsus olması deməkdir".

Qeyd edək ki, "ABAD" Cənub zonasında açılıb, Balakəndə isə bu bölgə üzrə ikinci mərkəzdir. Bu xidmət çərçivəsində ailələrin daha çox qazanc əldə etməsi üçün şərait yaradılması ilə yanaşı, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq, keyfiyyət, baytarlıq və s. sertifikatlarla təmin ediləcək.

44 - Tezliklə