Qardaşlar ​I Avropa Oyunlarında ilk pilləyə sahib çıxıb

Avropa Oyunları
  • 15 iyun, 2015
  • 06:40
Qardaşlar ​I Avropa Oyunlarında ilk pilləyə sahib çıxıb

Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün I Avropa Oyunlarında avarçəkmənin kişilər arasında cütlük şəklində 1000 metr məsafəyə kanoe yarışlarına yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycanı təmsil edən Sergey Bezuqlı və Aleksey Kupin finişə 8-ci çatıb.

Azərbaycan avarçəkənləri bu məsafəni 3 dəqiqə 38 saniyəyə qət edib.

İlk pilləni belaruslu Andrey və Aleksandr Boqdanoviç qardaşları tutub. Onlar 3 dəqiqə 34 saniyəyə finiş xəttinə çatıblar. İkinci pilləni Rusiya, üçüncü pilləni isə Almaniya qazanıb.

44 - Tezliklə