Prezident İlham Əliyev Xetaq Qazyumova qızıl medalı təqdim edib - FOTO
- 17 iyun, 2015
- 16:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 İyun. REPORT.AZ/ Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb. İyunun 17-də Heydər Əliyev adına İdman Sarayında Azərbaycan pəhləvanı Xetaq Qazyumov bütün rəqiblərini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
Xetaq Qazyumovun bu qələbəsi ilə Azərbaycanın aktivinə yazılan qızıl medalların sayı 10-a çatdı.
Sonra mükafatların təqdimetmə mərasimi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.
Bu qələbə münasibətilə Azərbaycanın dövlət himni səsləndirildi, üçrəngli bayrağımız ucaldıldı.
FOTO: Orxan Əzim