​Nazir: “Azərbaycan heç bir yarışda bu qədər nailiyyət əldə etməyib”

Avropa Oyunları
  • 19 iyun, 2015
  • 08:35
​Nazir: “Azərbaycan heç bir yarışda bu qədər nailiyyət əldə etməyib”

Bakı. 19 iyun. REPORT.AZ / “Bizim sevincimizin həddi-hüdudu yoxdur. Azərbaycan heç bir yarışda bu qədər nailiyyət əldə etməyib”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, bu uğur Azərbaycanın həqiqətən idman ölkəsi olduğunu göstərir: “Ümid edirəm ki, bu uğurların davamı gələcək”.

Nazir bildirib ki, Azərbaycanın birinci xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı əsasında ölkənin Avropa oyunlarında iştirak etmiş bütün idmançıların valideynləri “Bakı 2015”in bağlanış mərasiminə dəvət edilib.