"Tottenhem"in futbolçusu Mixail Mudrik uzun müddət meydanlardan kənarda qalacaq

Futbol
  • 09 sentyabr, 2026
  • 22:55
Tottenhemin futbolçusu Mixail Mudrik uzun müddət meydanlardan kənarda qalacaq

İngiltərə təmsilçisi "Tottenhem"in ukraynalı futbolçusu Mixail Mudrik zədələnib.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin zədə səbəbindən 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, Mudrik "Çelsi"dən "Tottenhem"ə 75 milyon funt-sterlinqə, satınalma şərti ilə icarəyə verilib. O, yeni komandasında yalnız 16 dəqiqə meydanda olub və Premyer Liqanın "Nottinqem Forest"lə 0:0 hesablı oyununda sonradan meydana çıxıb.

Mudrik bundan əvvəl antidopinq qaydalarının pozulması ilə bağlı araşdırmaya görə 2024/2025 mövsümündən etibarən meydana çıxmırdı.