Azərbaycanın sərbəst güləş yığması Avropa Oyunlarına Göygöldə hazırlaşır
Avropa Oyunları
- 29 aprel, 2015
- 04:54
Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanın sərbəst güləş üzrə yığma komandası "Bakı 2015" I Avropa Oyunlarına hazırlığı Göygöl Olimpiya İdman Kompleksində davam etdirir. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında keçirilən toplanışa böyüklərdən və gənclərdən ibarət yığmanın 30-dək üzvü qatılıb.
Hazırlıq prosesi mayın 6-dək davam edəcək.
Qeyd edək ki, I Avropa Oyunlarında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlar 13 - 18 iyunda Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Son xəbərlər
12:07
Ukrayna beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edəcək
Hadisə11:58
Foto
"PAŞA Real Estate Qrup" və "Marriott International" Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzalayıb
Biznes11:56
ASCO-nun mənfəəti 38 dəfə artıb
Maliyyə11:55
DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
Elm və təhsil11:48
Qərb mediasında Azərbaycan haqqında məqsədli olaraq mənfi təsəvvür yaratmaq cəhdi var – RƏY
Media11:48
Aİ səfiri: Avropa İttifaqı və Azərbaycan münasibətləri yeni mərhələyə keçir
Xarici siyasət11:44
Fərid Şəfiyev: Aİ-dəki lobbiçi dairələr Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır
Region11:39
Dennis Sammut: Cənubi Qafqazdakı dəyişikliklər Avropa üçün də yeni dövr açır
Region11:38
Foto