Azərbaycan nümayəndə heyəti Polşada Avropa Oyunları ilə əlaqədar tədbirə qatılıb

Avropa Oyunları
  • 25 oktyabr, 2019
  • 08:46
Azərbaycan nümayəndə heyəti Polşada Avropa Oyunları ilə əlaqədar tədbirə qatılıb

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin (EOC) Polşanın paytaxtı Varşavada keçirilən 48-ci Baş Assambleyasında iştirak edir.

“Report” xəbər verir ki, ölkəni tədbirdə gənclər və idman naziri Azad Rəhimov, EOC-in İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının nümayəndələri Nikki Efendi, Namiq Novruzov, Tərlan Məmmədov təmsil edirlər.

Təbdirin proqramına II Avropa Oyunlarının nəticələrinin müzakirəsi və 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının təşkili məsələləri daxildir.