Azərbaycan kayakçısı I Avropa Oyunlarında beşinci yeri tutub
- 16 iyun, 2015
- 06:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə final yürüşündə mübarizə aparıb. "Report"un məlumatına görə, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) çıxış edən 33 yaşlı idmançı həlledici yürüşdə 5-ci yeri tutub.
O, məsafənin yarısını bütün rəqiblərindən öndə keçsə də, son bölümdə mövqeyini əldən verib. Nəticədə Osipenko Radomskaya finişə 2 dəqiqə 5,583 saniyəyə çatıb. Macarıstanlı Danuta Kozak (2:03.569) qızıl, avstriyalı İvonne Şurinq (2:04.708) gümüş, polşalı Evelina Vojnarovska (2:05.389) isə bürünc medal qazanıb.
Qeyd edək ki, İnna Osipenko-Radomskaya bu gün saat 15:05-də 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə də final yürüşündə çıxış edəcək.
Azərbaycan kayakçısı Avropa Oyunlarında 5-ci yeri tutub.