Avropa Oyunlarının 11-ci günü medal qazanan ölkələr - CƏDVƏL
- 23 iyun, 2015
- 00:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında geridə qalan yarışların nəticələrinə əsasən, Azərbaycan medal siyahısında 2-ci pillədəki yerini qorumaqda davam edir.
"Report"un məlumatına görə, siyahının birinci pilləsində əvvəlki kimi Rusiya, üçüncü pilləsində isə Almaniya qərarlaşıb.
Azərbaycan Oyunların 11-ci günü hesabına daha 4 gümüş əlavə etməklə medallarının sayını 39-a çatdırıb.
Rusiya isə son yarış günündə hesabına 10 medal əlavə etməklə onların ümumi sayını 89 edib. Üçüncü yerdə qərarlaşan Almaniya bazar ertəsi cəmi 1 qızıl qazana bilib.
Digər medal qazanan ölkələr sırasında Belarus, Serbiya, İspaniya, İtaliya, Hollandiya, Kipr, Fransa, Danimarka, Yunanıstan, Bolqarıstan, Litva, Gürcüstan və Rumıniyanın adı var.
| Sıra | Ölkə | Qızıl | Gümüş | Bürünc | Ümumi |
| 1 | Rusiya | 45 | 23 | 19 | 87 |
| 2 | AZƏRBAYCAN | 14 | 11 | 14 | 39 |
| 3 | Almaniya | 11 | 9 | 12 | 32 |
| 4 | Belarus | 10 | 9 | 22 | 41 |
| 5 | Serbiya | 8 | 4 | 0 | 12 |
| 6 | B.Britaniya | 8 | 3 | 7 | 18 |
| 7 | Macarıstan | 8 | 2 | 5 | 15 |
| 8 | İspaniya | 7 | 8 | 7 | 22 |
| 9 | İsveçrə | 7 | 4 | 2 | 13 |
| 10 | İtaliya | 6 | 9 | 3 | 18 |
| 11 | Türkiyə | 5 | 3 | 15 | 23 |
| 12 | Ukrayna | 4 | 11 | 14 | 29 |
| 13 | Fransa | 4 | 5 | 8 | 17 |
| 14 | Hollandiya | 3 | 6 | 7 | 16 |
| 15 | Belçika | 3 | 3 | 1 | 7 |
| 16 | Portuqaliya | 2 | 4 | 2 | 8 |
| 17 | Slovakiya | 2 | 2 | 2 | 6 |
| 18 | Polşa | 1 | 5 | 5 | 11 |
| 19 | Xorvatiya | 1 | 3 | 5 | 9 |
| 20 | Yunanıstan | 1 | 3 | 2 | 6 |
| 21 | İsveç | 1 | 2 | 3 | 6 |
| 22 | Litva | 1 | 0 | 3 | 4 |
| 23 | Latviya | 1 | 0 | 1 | 2 |
| 24 | Sloveniya | 1 | 0 | 0 | 1 |
| 25 | Avstriya | 0 | 6 | 3 | 9 |
| 26 | Gürcüstan | 0 | 3 | 7 | 10 |
| 27 | Bolqarıstan | 0 | 3 | 4 | 7 |
| 27 | İsrail | 0 | 3 | 4 | 7 |
| 29 | Rumıniya | 0 | 3 | 3 | 6 |
| 30 | Danimarka | 0 | 2 | 1 | 3 |
| 31 | Çexiya | 0 | 1 | 4 | 5 |
| 32 | Moldova | 0 | 1 | 2 | 3 |
| 33 | San-Marino | 0 | 1 | 1 | 2 |
| 34 | Ermənistan | 0 | 1 | 0 | 1 |
| 34 | Kipr | 0 | 1 | 0 | 1 |
| 36 | Makedoniya | 0 | 0 | 2 | 2 |
| 37 | Estoniya | 0 | 0 | 1 | 1 |
| 37 | Finlandiya | 0 | 0 | 1 | 1 |
| 37 | Monteneqro | 0 | 0 | 1 | 1 |
| 37 | Norveç | 0 | 0 | 1 | 1 |