"Bakı 2015" I Avropa Oyunlarının uniformalarının və akkreditasiya vəsiqələrinin təqdimat mərasimi keçirilib
- 30 aprel, 2015
- 09:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 aprel. REPORT.AZ/ "Bakı 2015"in Uniformaların Paylanması və Akkreditasiya Mərkəzində Oyunların uniformalarının və akkreditasiya vəsiqələrinin təqdimat mərasimi keçirilib. "Report"un məlumatına görə, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq I Avropa Oyunları üçün öz uniforma və akkreditasiya kartlarını götürüblər.
Uniformalar Oyunların uniforma təchizatçısı "Giltex" şirkəti tərəfindən istehsal olunub. "Giltex" şirkəti "Bakı 2015" üçün ümumilikdə 110 min ədəd olmaqla 7 növdə uniforma istehsal edəcək. Alov Qoruyanlar da daxil olmaqla BEGOC-un bütün işçi heyəti növbəti həftələr ərzində Avropa Oyunları zamanı geyinmək üçün öz uniformalarını əldə edə biləcəklər.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.