Avropa Oyunlarının 10-cu günü medal qazanan ölkələr - CƏDVƏL
- 21 iyun, 2015
- 22:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında geridə qalan yarışların nəticələrinə əsasən, Azərbaycan medal siyahısında 2-ci pillədəki yerini qorumaqda davam edir.
"Report"un məlumatına görə, siyahının birinci pilləsində Rusiya, üçüncü pilləsində isə Almaniya qərarlaşıb.
Azərbaycan Oyunların 10-cu günündə hesabına 1 gümüş və 1 bürünc əlavə etməklə medallarının sayını 35-ə çatdırıb.
Rusiya isə son yarış günündə 11 qızıl, 6 gümüş və 1 bürünc qazanmaqla hesabındakı medalların sayını 77-ə çatdırıb və birinci yerdəki mövqeyini daha da möhkəmləndirib.
Üçüncü yerdə qərarlaşan Almaniya bazar günü 1 qızıl və 3 bürünc medal qazanıb və ümumulikdə medallarının sayını 3-ə çatdırıb.
Digər medal qazanan ölkələr sırasında İspaniya, İtaliya, İsrail, Macarıstan, Rumıniya, Belçika, Böyük Britaniya, Belarus, Fransa, Xorvatiya, İsveç, Finlandiya, Portuqaliya, Ukrayna, Çexiya, Serbiya, Yunanıstan və Gürcüstan var.
| Sıra | Ölkə | Qızıl | Gümüş | Bürünc | Ümumi |
| 1 | Rusiya | 40 | 23 | 14 | 77 |
| 2 | AZƏRBAYCAN | 14 | 7 | 14 | 35 |
| 3 | Almaniya | 10 | 9 | 12 | 31 |
| 4 | Belarus | 8 | 7 | 18 | 33 |
| 5 | B.Britaniya | 8 | 3 | 7 | 18 |
| 6 | Macarıstan | 8 | 2 | 5 | 15 |
| 7 | İsveçrə | 7 | 4 | 2 | 13 |
| 8 | Serbiya | 7 | 4 | 0 | 11 |
| 9 | İspaniya | 6 | 8 | 7 | 21 |
| 10 | Türkiyə | 5 | 3 | 15 | 23 |
| 11 | Ukrayna | 4 | 10 | 13 | 27 |
| 12 | İtaliya | 4 | 9 | 3 | 16 |
| 13 | Fransa | 4 | 5 | 5 | 14 |
| 14 | Hollandiya | 3 | 5 | 7 | 15 |
| 15 | Belçika | 3 | 3 | 1 | 7 |
| 16 | Portuqaliya | 2 | 4 | 2 | 10 |
| 17 | Polşa | 1 | 5 | 5 | 11 |
| 18 | Xorvatiya | 1 | 3 | 5 | 9 |
| 19 | İsveç | 1 | 2 | 3 | 6 |
| 20 | Yunanıstan | 1 | 2 | 2 | 5 |
| 20 | Slovakiya | 1 | 2 | 2 | 5 |
| 22 | Latviya | 1 | 0 | 1 | 2 |
| 22 | Litva | 1 | 0 | 1 | 2 |
| 24 | Sloveniya | 1 | 0 | 0 | 1 |
| 25 | Avstriya | 0 | 5 | 3 | 8 |
| 26 | Gürcüstan | 0 | 3 | 4 | 7 |
| 27 | İsrail | 0 | 3 | 3 | 6 |
| 28 | Rumıniya | 0 | 3 | 2 | 5 |
| 29 | Bolqarıstan | 0 | 2 | 3 | 5 |
| 30 | Çexiya | 0 | 1 | 4 | 5 |
| 31 | Moldova | 0 | 1 | 2 | 3 |
| 32 | Danimarka | 0 | 1 | 1 | 2 |
| 32 | San-Marino | 0 | 1 | 1 | 2 |
| 34 | Ermənistan | 0 | 1 | 0 | 1 |
| 35 | Makedoniya | 0 | 0 | 2 | 2 |
| 36 | Estoniya | 0 | 0 | 1 | 1 |
| 36 | Finlandiya | 0 | 0 | 1 | 1 |
| 36 | Monteneqro | 0 | 0 | 1 | 1 |
| 36 | Norveç | 0 | 0 | 1 | 1 |