Zəngilan DAİM-nin direktoru: "Sakinlərin məşğulluğu üçün kooperativlər yaradılıb"

ASK
  • 07 iyul, 2026
  • 13:27
Zəngilan DAİM-nin direktoru: Sakinlərin məşğulluğu üçün kooperativlər yaradılıb

2025-ci ilədək Zəngilan rayonunda minalardan təmizlənmiş 7 885 hektar əkin sahəsindən 2025/2026-ci ilin payızlıq və yazlıq birillik əkinlər üçün 5 964 hektar müqavilə əsasında fermerlərə verilib.

Bunu "Report"un Zəngilana ezam olunan əməkdaşına açıqlamasında Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Möhübbət Səmədov bildirib.

Onun sözlərinə görə, Zəngilan ərazisində kənd təsərrüfatı üçün yararlı torpaqlar iri şirkətlərlə yanaşı, həm də sakinlər tərəfindən kooperativlərə verilib: "Torpaqlar təyinatı üzrə təcrübəsi olan şirkətlərə verilib. Burada həm birillik əkinlər, bağlar və heyvandarlıq sahələrinin jnkiçafı üçün verilib". Meyvəçilik sahəsi üzrə 192,5 hektar məskunlaşmış ailələrdən yaradılmış 3 koperativin istifadəsi üçün ayrılıb, 51,1 hektar sahə isə əkin sahəsi üçün ayrılıb.

M. Səmədovun fikrincə, əkin sahəsinin 6 095 hektarında payızlıq əkinlər üçün şum aparılıb və 5 932 hektar sahədə səpin həyata keçirilib: "Əkinlər üçün şumlanmış sahələrin 5 905,1 hektarında payızlıq əkinlər həyata keçirilib. Bundan 4 319 hektar sahədə buğda,1 638 hektar sahədə arpa səpini aparılıb. 200 ailədən ibarət məskunlaşmış əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə 34 ailəni özündə birləşdirən 3 kooperativ yaradılıb və onlara ilkin halda 51,1 hektar torpaq sahəsi təhkim edilib.

DAİM rəhbəri vurğulanıb ki, istifadə edilən sahələrin suvarmaya olan tələbatını ödəmək üçün xeyli işlər görülüb: "Sahələrin suvarılması üçün rayon ərazisində olan suvarma kanalları bərpa edilib. Əsas hədəf doğma yurduna qayıdan sakinlərin məşğulluğunun təmin edilməsidir. Həmçinin, rayonda ipəkçilik ənənələrini bərpa olunması üçün ayrılmış 10 qutu barama qurdu kümçülərə paylanılıb. Bu il 194 kiloqram yaş barma əldə edilib".

M. Səmədov həmçinin qeyd edib ki, arıçılq təsərrüfatı ilə məşğul olan 17 arıçya 1 088 arı ailəsinin rayon ərazisində fəaliyyəti üçün şərat yaradılıb: "Heyvandarlıqla məşğul olan iri təsərrüfatlarda iribuynuzlu heyvanların sayı 5 584 baş, xırdabuynuzlu heyvanların sayı 1 305 baş olmaqla ümumilikdə 6 689 baş heyvan var".