Yeni Zelandiyadan Azərbaycana pendir idxalı bərpa edilib

ASK
  • 21 dekabr, 2022
  • 13:15
Yeni Zelandiyadan Azərbaycana pendir idxalı bərpa edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 19,586 milyon ABŞ dolları dəyərində 5 min 027 ton pendir idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,5 % çoxdur, kəmiyyət olaraq – 3,7 % azdır.

Hesabat dövründə Türkiyədən 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,8 % çoxdur) 700,18 ton (-1,4 %), Litvadan 2,743 milyon ABŞ dolları dəyərində (-1,1 %) 549,48 ton (-13,1 %), İrandan 2,64 milyon ABŞ dolları dəyərində (+43 %) 1 min 366 ton (+23,3 %), Almaniyadan 2,545 milyon ABŞ dolları dəyərində (-16,7 %) 510,62 ton (-30 %), Rusiyadan 2,04 milyon ABŞ dolları dəyərində (-1,5 %) 407,22 ton (-22,2 %) məhsul alıb.

Altı il 8 aylıq fasilənin ardından Yeni Zelandiyadan pendir tədarükü bərpa edilib. Bu ölkədən 82,84 min ABŞ dolları dəyərində 12,48 ton pendir gətirilib.

Ötən il Azərbaycanın idxal etdiyi (31 ölkədən) 6 min 393 ton pendirin 23 %-i İranın, 13 %-i Litvanın, 13 %-i Türkiyənin, 12,6 %-i Almaniyanın, 9,8 %-i Rusiyanın payına düşüb.