Sabirabadda maşın yoldan çıxaraq aşıb, iki nəfər yaralanıb
ASK
- 22 noyabr, 2016
- 04:26
Sabirabad. 22 noyabr. REPORT.AZ/ Sabirabadda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Məmişlər kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə avtomobildə olan Sabirabad sakini, 29 yaşlı Səbiyev Ruslan Səfəlioğlu və Balakən sakini, 29 yaşlı Qarayeva Gülnarə Abdulmütəllim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar ilk tibbi yardım aldıqdan sonra Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:43
Video
İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib
Xarici siyasət19:36
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər
Digər ölkələr19:25
Lionel Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb
Futbol19:09
Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
Xarici siyasət19:00
Video
Hikmət Hacıyev: Dünya Köçəri Oyunlarında komandamıza uğurlar arzulayırıq
Xarici siyasət19:00
Türkiyə millisinin futbolçusu Kənan Yıldız əməliyyat olunub
Futbol18:58
CENTCOM SEPAH-ın Hörmüzdə tankerin minaya düşərək partlaması ilə bağlı bəyanatını təkzib edib
Digər ölkələr18:58
İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır
Xarici siyasət18:51
Foto