Neftçalada salınan sənaye məhəlləsində işlərin yekunlaşacağı tarix açıqlanıb
ASK
- 18 dekabr, 2015
- 12:08
Bakı. 18 dekabr. REPORT.AZ/ Neftçalada salınan sənaye məhəlləsində işlərin yekunlaşması 2016-cı ilin əvvəlinə planlaşdırılır.
“Report” bildirir ki, bunu Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf bildirib.
Onun sözlərinə görə, hazırda sözügedən məhəllə üçün 17 investisiya layihəsi (layihələrdən biri balıq yeminin hazırlanması, ikincisi, müxtəlif nasos, inqubator və qoşquların quraşdırılması ilə məşğul olacaq) təqdim olunub: “Layihə təqdim edən iki sahibkarlıq müəssisəsinə artıq rezident statusu verilib”.
Qeyd edək ki, gələcəkdə ölkənin bütün regionlarında bu cür sənaye məhəllələrinin hazırlanması nəzərdə tutulub.
Son xəbərlər
18:04
İçərişəhərdə tarixi binanın divarının yazılması məsələsi polis nəzarətinə götürülüb
Hadisə18:03
AYNA şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qaliblərini müəyyən edib
İnfrastruktur18:01
Misirdə yol qəzasında 15 nəfər ölüb, 32 nəfər yaralanıb
Digər ölkələr18:00
"Unibank"ın istiqrazlarına 54 investor maraq göstərib
Maliyyə17:54
"Kontakt Home"a qarşı haqsız rəqabətə görə maliyyə sanksiyası tətbiq edilib
Biznes17:50
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
Futbol17:43
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
Digər ölkələr17:42
Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes17:39
Foto