Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edib
- 09 yanvar, 2026
- 15:54
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabadda bu, eləcə də İmişli, Beyləqan və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, torpaq sahəsinin ayrılması, işğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin ayrılması, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
M.Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.