Kənd təsərrüfatı nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

ASK
  • 20 noyabr, 2018
  • 13:08
Kənd təsərrüfatı nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Kənd təsərrüfatı naziri İnam Kərimov
Report/ Elchin Murad

Bakı. 20 noyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-də, saat 11:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirməli olduğu vətəndaş qəbulunun vaxtı noyabrın 24-nə dəyişdirilib. 

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Qeyd edək ki, qəbulda Tərtərlə yanaşı, Bərdə, Ağcabədi, Ağdam və Laçın rayonlarının sakinləri də iştirak edə bilərlər. Görüşdə iştirak etmək üçün Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət etmək olar. Qəbula yazılmaq üçün həmçinin Nazirliyin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək mümkündür. 

44 filmi