İlhamə Qədimova: Azərbaycanda aqrar sahənin idarə edilməsində rəqəmsal transformasiya əsas rol oynayır

ASK
  • 19 may, 2026
  • 12:35
İlhamə Qədimova: Azərbaycanda aqrar sahənin idarə edilməsində rəqəmsal transformasiya əsas rol oynayır

Azərbaycanın gələcək aqrar siyasəti rəqəmsal transformasiya, innovativ aqrometeoroloji inteqrasiya və süni intellektə əsaslanan idarəetmə modelləri üzərində qurulur.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.

O qeyd edib ki, hazırkı hədəf istehsalçıları sadəcə məlumatlandırmaq deyil, onları qabaqcıl texnoloji həllərlə təmin etməkdir:

"Müasir dövrdə rəqabətədavamlı kənd təsərrüfatı yalnız məhsul istehsal edən deyil, riskləri effektiv idarə edən, ekosistemi qoruyan və iqlim dəyişikliklərinə adaptasiya olunan kənd təsərrüfatıdır. Aqrometeoroloji proqnozların EKTİS-ə inteqrasiyası və süni intellekt əsaslı idarəetmə sistemlərinin tətbiqi Azərbaycanın aqrar sektorunun dayanıqlığını daha da gücləndirəcək, yerli istehsalçıların rəqabət qabiliyyətini artıracaq və ölkənin ərzaq təhlükəsizliyi arxitekturasına mühüm töhfə verəcəkdir".

O qeyd edib ki, erkən xəbərdarlıq, rəqəmsal innovasiyalar və ağıllı idarəetmə artıq alternativ deyil, dayanıqlı gələcəyin mütləq şərtidir.

44 - Tezliklə