İlham Əliyev qırğız həmkarı Almazbek Atambayevə təbrik məktubu göndərib

ASK
  • 30 avqust, 2016
  • 14:33
İlham Əliyev qırğız həmkarı Almazbek Atambayevə təbrik məktubu göndərib

Bakı. 30 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, Azərbaycanın dövlət başçısının təbrik məktubunda deyilir: 

"Hörmətli Almazbek Şarşenoviç,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq telləri və xeyirxah ənənələr bundan sonra da Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin genişlənməsi üçün əsas olacaqdır.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq diləyirəm."