Gürcüstan ötən il tədarük etdiyi orqanik gübrənin 94 %-ni Azərbaycandan alıb

ASK
  • 23 yanvar, 2024
  • 11:03
Gürcüstan ötən il tədarük etdiyi orqanik gübrənin 94 %-ni Azərbaycandan alıb

2023-cü ildə Gürcüstan Azərbaycandan 799 min ABŞ dolları dəyərində 5 min 302 ton heyvan və ya bitki mənşəli (orqanik) gübrə idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 10,2 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana orqanik gübrə tədarük edən ölkələr (8) sırasında 1-ci yerdə qərarlaşıb. İdxalın 94 %-i ölkəmizin payına düşüb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,1 milyon ABŞ dolları dəyərində 5 min 629 ton orqanik gübrə alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 10 % azdır və 10 % çoxdur.

Ötən il Gürcüstan Türkiyədən 187 min ABŞ dolları dəyərində 244 ton, İtaliyadan 25,7 min ABŞ dolları dəyərində 51,8 ton, Latviyadan 22,3 min ABŞ dolları dəyərində 7,95 ton, Niderlanddan 6,13 min ABŞ dolları dəyərində 21,3 ton orqanik gübrə idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 1,17 milyon ABŞ dolları dəyərində 5 min 135 ton orqanik gübrə alıb ki, bunun da 919 min ABŞ dolları dəyərində 4 min 812 tonu Azərbaycanın payına düşüb.

44 - Tezliklə