Gürcüstan ötən il orqanik gübrənin 94 %-ni Azərbaycandan alıb

ASK
  • 24 yanvar, 2025
  • 09:06
Gürcüstan ötən il orqanik gübrənin 94 %-ni Azərbaycandan alıb

Ötən il Gürcüstan Azərbaycandan 792 min ABŞ dolları dəyərində 6 min 600 ton heyvan və ya bitki mənşəli (orqanik) gübrə idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 1 % azdır, kəmiyyət olaraq – 24,5 % çoxdur.

Beləliklə, Azərbaycan 94 %-lik payla Gürcüstana orqanik gübrə tədarük edən ölkələr arasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1 milyon ABŞ dolları dəyərində 6 min 986 ton orqanik gübrə alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 0,7 % az və 24 % çoxdur.

Gürcüstan İtaliyadan 97,9 min ABŞ dolları dəyərində 30,8 ton, Türkiyədən 91,5 min ABŞ dolları dəyərində 185,5 ton, Latviyadan 38,3 min ABŞ dolları dəyərində 102,33 ton, Rusiyadan 11,32 min ABŞ dolları dəyərində 66 ton orqanik gübrə idxal edib.