Dörd ölkədən Azərbaycana səməni idxalı bərpa edilib
- 30 dekabr, 2022
- 10:18
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 9,478 milyon ABŞ dolları dəyərində 14 min 710 ton səməni (qovrulmamış və qovrulmuş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,4 %, kəmiyyət olaraq – 3,2 % çoxdur.
Hesabat dövründə Rusiyadan 5,528 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % çoxdur) 9 min 746 ton (-0,9 %), Almaniyadan 3 milyon ABŞ dolları dəyərində (+14,2 %) 3 min 533 ton (-0,9 %), Ukraynadan 287,36 min ABŞ dolları dəyərində (+35,4 %) 419 ton (-0,7 %), Belarusdan 264,7 min ABŞ dolları dəyərində 573,44 ton, Slovakiyadan 239 min ABŞ dolları dəyərində (+91 %) 302 ton (+70 %) məhsul idxal edilib.
On il 7 ayın tamamında Litvadan, 9 il 7 aydan sonra Polşadan, 1 il 4 aylıq fasilənin ardından Belarusdan, 1 il 1 aylıq fasilədən sonra Finlandiyadan tədarük bərpa edilib. Azərbaycan Litvadan 12,49 min ABŞ dolları dəyərində 14 ton, Polşadan 0,85 min ABŞ dolları dəyərində 0,6 ton, Finlandiyadan 13,55 min ABŞ dolları dəyərində 11,5 ton səməni alıb.