Daha 4 ölkədən Azərbaycana tərəvəz toxumu idxalına başlanılıb

ASK
  • 26 dekabr, 2022
  • 13:45
Daha 4 ölkədən Azərbaycana tərəvəz toxumu idxalına başlanılıb

Bu ilin ilk 10 ayında Azərbaycana 9,996 milyon ABŞ dolları dəyərində 75,99 ton tərəvəz toxumu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,8 %, kəmiyyət olaraq – 32,4 % azdır.

Perudan 1,292 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % azdır) 0,1 ton (dəyişməyib), Fransadan 1,276 milyon ABŞ dolları dəyərində (+4,7 dəfə) 11,05 ton (+5,5 dəfə), Tailanddan 1,245 milyon ABŞ dolları dəyərində (-28 %) 0,29 ton (+32 %), Braziliyadan 1,148 milyon ABŞ dolları dəyərində (+5,9 dəfə) 0,06 ton (-78,6 %), Türkiyədən 953,76 min ABŞ dolları dəyərində (-26 %) 16,68 ton (+13,3 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçika, Ekvador, Tayvan və Zambiyadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 21,72 min ABŞ dolları dəyərində 0,01 ton, 12,54 min ABŞ dolları dəyərində 0,1 ton, 4 min ABŞ dolları dəyərində 0,01 ton və 33,48 min ABŞ dolları dəyərində 0,01 ton toxum idxal edilib.