Bu günə qədər Azərbaycanda 221 min tondan çox pambıq yığılıb
- 04 dekabr, 2018
- 13:06
Bakı. 4 dekabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 221 284 ton məhsul təhvil verilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.
Pambıq tədarükündə Saatlı (29 228 ton), Bərdə (24 122 ton), Ağcabədi (22 301 ton), Biləsuvar (21 025 ton) və Beyləqan (20 753 ton) rayonları irəlidə gedirlər. Respublikada pambıq yığımı davam edir.
Xatırladaq ki, bu il Azərbaycanda 132 512 hektar sahədə pambıq əkilib. Pambıq tədarükündəki artım məhsuldarlığın yüksəldilməsi hesabına təmin olunub. Hazırda emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə dövlət fermerlərə 10 qəpik subsidiya verir. Həmçinin bu il pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat olmaqla, 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün qiyməti 580-dən 630 manata, 3-cü növün qiyməti 540-dan 590 manata, 4-cü növün qiyməti isə 500-dən 550 manata qədər artırılıb.