Bakıda yeni yarmarka istifadəyə verilib

ASK
  • 28 mart, 2017
  • 14:22
Bakıda yeni yarmarka istifadəyə verilib
agro.gov.az

Bakı. 28 mart. REPORT.AZ/ Bakıda 6 rayonda və altı ünvanda kənd təsərrüfatı məhsullartının satış yarmarkaları fəaliyyət göstərir. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, mart ayından Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsində yerləşən “Agromall Yaşıl Market” yarmarkası gündəlik olaraq fəaliyyət göstərir. Yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb, yarmarka ən müasir texniki avadanlıqla təchiz olunub.

Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları öz məhsullarını satmaq üçün yeni təşkil olunmuş yarmarkaya dəvət olunur.

Qeyd edək ki, “Yaşıl Market” yarmarkada yerləşmək üçün məhsul istehsalçılarından və sahibkarlardan heç bir ödəniş tələb olunmur.