Azərbaycanın işğaldan azad edilmiş daha dörd rayonunda torpaqlar sahibkarlara icarəyə veriləcək

ASK
  • 24 oktyabr, 2025
  • 15:42
Azərbaycanın işğaldan azad edilmiş daha dörd rayonunda torpaqlar sahibkarlara icarəyə veriləcək

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Qubadlı, Ağdam və Ağdərə rayonlarında da kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə müsabiqələrin keçirilməsi planlaşdırılır.

Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.

Onun sözlərinə görə, sentyabrın 1-dən ölkə Prezidentinin fərmanına əsasən, işğaldan azad edilmiş Xocavənd, Xocalı və Laçın rayonlarında 4 000 hektardan çox ərazinin sahibkarlara icarəyə verilməsi ilə bağlı müsabiqə elan olunub və sənəd qəbulu 15 oktyabrda başa çatıb: "Bu günə qədər 68 identifik müraciət qeydə alınıb".

Nazir müavini vurğulayıb ki, bu istiqamətdə fəaliyyət göstərən müsabiqə komissiyası mövcuddur.

"Təkliflər konfidensial şəkildə qapalı zərflərdə toplanır. Hazırda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə komissiya həmin təklifləri qiymətləndirir və seçilən iştirakçılara torpaqların icarəyə verilməsi barədə qərar qəbul ediləcək",-deyə o qeyd edib.

Xatırladaq ki, torpaqların müsabiqə yolu ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi dövlət başçısının təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na əsasən həyata keçirilir. Müsabiqəyə qatılmaq istəyənlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməli, investisiya layihələri ilə yanaşı aşağıdakı sənədləri EKTİS-ə daxil edərək, müraciətini tamamlamalıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti