Azərbaycanın gübrə idxalına çəkdiyi xərci 9 %-dən çox artıb
- 15 sentyabr, 2023
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 49,704 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.
8 ay ərzində Azərbaycanın gübrə ixracının dəyəri isə 42,427 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3,4 dəfə azdır.
Hesabat dövründə gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,45 %-ni, ixrac gəlirləri isə ölkənin ümumi ixrac üzrə qazancının 0,17 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,2 % azalıb, idxal isə 25,7 % artıb.
Son nəticədə xarici ticarətdə 13 milyard 204 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24 % azdır.