Azərbaycanın daha 2 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

ASK
  • 18 mart, 2017
  • 05:16
Azərbaycanın daha 2 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda pambıq tədarükü ilə məşğul olan daha 2 müəssisənin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, söhbət “Tərtər-Pambıq” və “Qarabağ-Pambıq” ASC-lərdən gedir.

Yığıncaqların gündəliyinə cəmiyyətlərin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, müəssisələin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi, cəmiyyətlərin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi və sair məsələlər daxildir.

№ ASC-nin adı Yığıncağın keçiriləcəyi tarix Yığıncağın keçiriləcəyi ünvan Müəssisənin yaradılma ili Müəssisənin nizamnamə kapitalı
1 “Tərtər-Pambıq” 26 may saat 10:00 Tərtər rayonu, Qaraqoyunlu kəndi 1999 1131432 manat
2 “Qarabağ-Pambıq” 26 may saat 12:30 Bərdə şəhəri, Nizami küçəsi, 125 1999 3082698 manat
44 - Tezliklə