Azərbaycanın bu il Saratovdan idxal etdiyi taxıl məhsullarının həcmi açıqlanıb
- 06 sentyabr, 2023
- 09:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyanın Saratov vilayətindən 283,6 min ton taxıl və onun emalı məhsullarını idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
İlin əvvəlindən “Rosselxoznadzor”un Saratov və Samara bölgələri üzrə İdarəsi xaricə ixrac edilən ümumilikdə 775,7 min ton taxıl və onun emalı məhsullarını yoxlayıb.
Hesabat dövründə Saratov vilayətindən 566 min ton dənli və paxlalı bitkilər, o cümlədən 66,5 min ton taxıl emalı məhsulları ixrac edilib. Məhsullar 30 ölkəyə göndərilib. Saratov məhsullarının əsas tədarükçüsü Azərbaycan (283,6 min ton), Qazaxıstan (177,2 min ton), İran (32,9 min ton), Latviya (26 min ton) və Türkiyə (23 min ton) olub.
Yanvar-avqust aylarında Samara vilayətindən 101,9 min ton dənli və paxlalı bitkilər, o cümlədən 41,3 min ton taxıl emalı məhsulları göndərilib. Bölgənin əsas alıcıları Qazaxıstan (66,2 min ton) və Latviya (48,1 min ton) olub.