Azərbaycandan Qətərə qarğıdalı yağı ixracı bərpa edilib
- 27 fevral, 2023
- 08:44
Ötən il ərzində Azərbaycan xaricdən 35,9 milyon ABŞ dolları dəyərində 17 min 364 ton qarğıdalı yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 0,1 % çoxdur, kəmiyyət olaraq – 15 % azdır.
Türkiyədən Azərbaycana 15,73 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 5 dəfə çoxdur) 8 min 128 ton (+5,2 dəfə), Argentinadan 13,9 milyon ABŞ dolları dəyərində (-30 %) 6 min 474 ton (-46 %), Rusiyadan 5,74 milyon ABŞ dolları dəyərində (+60 %) 2 min 572 ton (+42 %), İtaliyadan 448 min ABŞ dolları dəyərində (-1,5 %) 154,5 ton (-15 %), Gürcüstandan 64,32 min ABŞ dolları dəyərində (+43 dəfə) 22,7 ton (+38 dəfə) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycandan 1,391 milyon ABŞ dolları dəyərində (+4 %) 509 ton (-26 %) qarğıdalı yağı ixrac edilib.
Gürcüstana 1,344 milyon ABŞ dolları dəyərində (+3,3 %) 489 ton (-26 %), Pakistana 27,3 min ABŞ dolları dəyərində 12,23 ton (ilk dəfə tədarük olub), Qazaxıstana 18,93 min ABŞ dolları dəyərində (-30 %) 7,3 ton (-45,4 %), Belarusa 1 min ABŞ dolları dəyərində (-69 %) 0,44 ton (-74 %) və Qətərə 0,87 min ABŞ dolları dəyərində 0,18 ton qarğıdalı yağı göndərilib.
Beş il 3 aylıq fasilənin ardından Qətərə tədarük bərpa edilib.