Azərbaycandan daha bir ölkəyə heyva tədarükünə başlanılıb

ASK
  • 25 fevral, 2023
  • 06:46
Azərbaycandan daha bir ölkəyə heyva tədarükünə başlanılıb

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan 1,53 milyon ABŞ dolları dəyərində 1 min 619 ton heyva ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 33,5 % çoxdur.

Hesabat dövründə Rusiyaya 1,48 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % çoxdur) 1 min 528 ton (+36 %), Qazaxıstana 18 min ABŞ dolları dəyərində (+50 %) 38,2 ton (+27 %), Ukraynaya 17,5 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 18,4 ton (+70 %), Belarusa 11,5 min ABŞ dolları dəyərində (+14 dəfə) 11,5 ton (+2,8 dəfə), Gürcüstana 4,8 min ABŞ dolları dəyərində (-43,6 %) 23 ton (-46,5 %) və Qətərə 0,05 min ABŞ dolları dəyərində 0,02 ton meyvə satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə tədarük həyata keçirilib.