Azərbaycanda kombayn parkı 571 yeni texnika ilə yenilənəcək

ASK
  • 16 iyun, 2026
  • 12:06
Azərbaycanda kombayn parkı 571 yeni texnika ilə yenilənəcək

Azərbaycanda taxılçılıqda məhsul itkilərinin azaldılması və yığım prosesinin sürətləndirilməsi məqsədilə kombayn parkı genişləndiriləcək.

"Report"un Qubaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində 22 hədəf rayon üzrə 571 yeni kombaynın alınması nəzərdə tutulur: "Yeni texnikalar məhsulun optimal vaxtda yığılmasına, itkilərin azalmasına və fermerlərin istehsal xərclərinin aşağı düşməsinə imkan verəcək. Texnika təminatının yaxşılaşdırılması məhsuldarlığın artırılması üzrə əsas istiqamətlərdən biridir".

44 - Tezliklə