Azərbaycanda aqrar sektor cüzi böyüyüb
- 14 oktyabr, 2025
- 16:05

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11 milyard 359,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,7 % azalaraq 5 milyard 951,8 milyon manata düşüb, heyvandarlıq məhsullarının dəyəri isə 1,1 % artaraq 5 milyard 408 milyon manat təşkil edib.
Oktyabrın 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 162,3 min ton və 1 il əvvələ nisbətən 0,9 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 670,5 min ton (2,5 % az) tərəvəz, 874,8 min ton (2 % az) kartof, 802,3 min ton (1 % çox) meyvə və giləmeyvə, 458,9 min ton (6,3 % az) bostan məhsulları, 164,9 min ton (3,5 % az) üzüm, 146,6 min ton (70,2 % çox) şəkər çuğunduru, 28,8 min ton (3,6 % az) dən üçün günəbaxan, 21,1 min ton (7,1 % çox) pambıq, 6,1 min ton (48,7 % çox) tütün, 1119,9 ton (12,3 % çox) yaşıl çay yarpağı yığılıb.
9 ay ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 434,3 min ton ət, 1 milyon 699,1 min ton süd, 1 milyon 789,4 amilyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub, illik müqayisədə yumurta istehsalı 1,9 %, ət istehsalı 1,2 %, süd istehsalı 0,3 % artıb, yun istehsalı 1,3 %, barama istehsalı 22,1 % azalıb.