Azərbaycan Səudiyyə Ərəbistanına qarpız ixracını 5 dəfədən çox artırıb
- 18 oktyabr, 2024
- 07:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,22 milyon ABŞ dolları dəyərində 8 min 923 ton qarpız ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 27 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 2,86 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 5 min 403 ton (+4 %), Ukraynaya 685 min ABŞ dolları dəyərində (-25 %) 1 min 562 ton (-54 %), Gürcüstana 253 min ABŞ dolları dəyərində (-66 %) 843 ton (-67 %), Belarusa 233 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 835 ton (+2,4 dəfə), Səudiyyə Ərəbistanına 105 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 104 ton (+5,4 dəfə) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 8 ölkəyə ixrac edilmiş 12 min 210 ton qarpızın 42,5 %-i Rusiyanın, 28 %-i Ukraynanın, 21 %-i Gürcüstanın payına düşüb.