Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Digər ölkələr
  • 29 sentyabr, 2026
  • 03:53
Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

ABŞ-la assosiasiyalı ada dövləti Puerto-Rikonun Mona adası sahillərində kustar üsulla hazırlanmış qayığın çevrilməsi nəticəsində azı iki nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, göyərtəsində təxminən 60 nəfərin olduğu qayığın içərisində mübahisə və dava başlayıb. Bundan sonra qayıq Mona adasından təxminən 16 kilometr aralıda çevrilib.

ABŞ Sahil Mühafizəsi azı 40 nəfəri xilas edə bilib.

"İki nəfər ölü vəziyyətdə aşkarlanıb. Xilasetmə əməliyyatı davam edir", – məlumatda qeyd olunub.

Şahidlərin sözlərinə görə, dava zamanı bir neçə nəfər soyuq silahla ilə yaralanıb. Bəzi şəxslər isə hadisə zamanı qayığın göyərtəsindən suya atılaraq adaya doğru üzməyə başlayıblar. Qayıqda olan şəxslərdən heç birinin xilasetmə jileti geyinmədiyi bildirilib.