Azərbaycan Qırğızıstandan kartof idxalını bərpa edib
- 29 avqust, 2024
- 08:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 21,36 milyon ABŞ dolları dəyərində 80 min 545 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq - 3 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 11,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 43 min 775 ton (+2,5 dəfə), Rusiyadan 6,4 milyon ABŞ dolları dəyərində (-9 %) 25 min 496 ton (-9 %), Belarusdan 2,74 milyon ABŞ dolları dəyərində (-61 %) 8 min 805 ton (-60,2 %), Gürcüstandan 763 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 2 min 177 ton (+2 dəfə), Türkiyədən 41,5 min ABŞ dolları dəyərində (-96,3 %) 160 ton (-96,2 %) məhsul alıb.
Azərbaycan 9 il 5 aylıq fasilənin ardından Qırğızıstandan (3 min ABŞ dolları dəyərində 12,2 ton) kartof tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 162 min 242 ton kartofun 41,8 %-i Rusiyanın, 23,9 %-i İranın, 22,9 %-i Belarusun payına düşüb.