Azərbaycan Qazaxıstandan səməni tədarükünü bərpa edib

ASK
  • 01 may, 2024
  • 12:40
Azərbaycan Qazaxıstandan səməni tədarükünü bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 1,9 milyon ABŞ dolları dəyərində 2 min 736 ton səməni gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 18 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 653 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % azdır) 528 ton (-33 %), Rusiyadan 595 min ABŞ dolları dəyərində (-55 %) 1 min 209 ton (-50 %), Qazaxıstandan 565 min ABŞ dolları dəyərində 870 ton, Ukraynadan 44 min ABŞ dolları dəyərində 68 ton (bir il əvvəl tədarük olmayıb), Belarusdan 29 min ABŞ dolları dəyərində (-57 %) 61 ton (-57 %) məhsul idxal edib.

Azərbaycan 4 ilin tamamında Qazaxıstandan səməni tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 17 min 294 ton səməninin 73,5 %-i Rusiyanın, 19,2 %-i Almaniyanın payına düşüb.