Azərbaycan Özbəkistanla kənd təsərrüfatı texnikasının yığılma istehsalına başlaya bilər
- 12 iyul, 2023
- 12:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistan hökuməti Azərbaycan şirkəti ilə birlikdə kənd təsərrüfatı texnikasının yığılma istehsalına başlamağı planlaşdırır.
Bu barədə "Report"a Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyindən məlumat verilib.
“Hazırda kənd təsərrüfatı texnikasının istehsalı üzrə Azərbaycanın “Azer N Agro” MMC, həmçinin Qazaxıstanın “Qazaq Agro Holding” MMC və “Kaz Kioti” MMC ilə danışıqlar aparılır”, - nazirlikdən bildirilib.
Özbəkistan tərəfi Azərbaycan ilə maşınqayırma sahəsində də güclü əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.
“Uzavtosanoat” SC hazırda MDB ölkələrində minik avtomobillərinin istehsalı və ixracı üzrə liderdir. Bundan başqa, 2018-ci ilin dekabr ayından Qazaxıstanın “SaryarkaAvtoProm” MMC ilə bu ölkənin Kostanay vilayətində, 2021-ci ilin sentyabr ayından isə “Azərmaş SP” MMC ilə Azərbaycanın Hacıqabul rayonu ərazisində minik avtomobillərinin yığılması üzərində iş aparılır”, - məlumatda qeyd olunub.