Azərbaycan İsraildən portağal şirəsinin alışını kəskin artırıb
- 08 sentyabr, 2022
- 12:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana xaricdən 495 min ABŞ dolları dəyərində 344,9 ton portağal şirəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,6 %, kəmiyyət olaraq – 25 % azdır.
Hesabat dövründə Ukraynadan 162,9 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % azdır) 148,2 ton (-49,3 %), Braziliyadan 129,3 min ABŞ dolları dəyərində (+40,2 %) 48,85 ton (+19,5 %), İsraildən 87,5 min ABŞ dolları dəyərində (+95,6%) 46,5 ton (+80,8 %), Rusiyadan 72,15 min ABŞ dolları dəyərində (+29,5 %) 52,9 ton (-14,5 %), Gürcüstandan 18 min ABŞ dolları dəyərində 27,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.
Azərbaycanın ötən il idxal etdiyi (16 ölkədən) 983,2 ton portağal şirəsinin 58,5 %-i Ukraynanın payına düşüb.