Azərbaycan iki ölkəyə yaşıl çay ixracını bərpa edib
- 10 mart, 2023
- 13:42
2022-ci il ərzində Azərbaycana xaricdən 1,44 milyon ABŞ dolları dəyərində 219 ton yaşıl çay gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 0,3 %, kəmiyyət olaraq – 9 % çoxdur.
Azərbaycan Rusiyadan 537 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % çoxdur) 66 ton (-10 %), Çindən 400 min ABŞ dolları dəyərində (+80 %) 115 ton (+73 %), Türkiyədən 142 min ABŞ dolları dəyərində (-57 %) 8 ton (-70 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 117 min ABŞ dolları dəyərində (-7 %) 10,6 ton (-13 %), Şri-Lankadan 85,4 min ABŞ dolları dəyərində (-5,6 %) 7,51 ton (-2 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycan xarici ölkələrə 375 min ABŞ dolları dəyərində (-15 %) 82,3 ton (-10 %) yaşıl çay ixrac edib.
Ukraynaya 181 min ABŞ dolları dəyərində (-33 %) 32 ton (-35 %), Rusiyaya 76,4 min ABŞ dolları dəyərində (+28 %) 31,1 ton (+48 %), Gürcüstana 31 min ABŞ dolları dəyərində (+48 %) 4,2 ton (+35 %), BƏƏ-yə 15 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 2,3 ton (+5 dəfə), Almaniyaya 12,4 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 2 ton (+2,2 dəfə) məhsul satılıb.
Dörd il 6 ayın tamamında Polşaya (12,34 min ABŞ dolları dəyərində 2 ton) və 2 il 9 aylıq fasilənin ardından Estoniyaya (1,2 min ABŞ dolları dəyərində 0,19 ton) yaşıl çay tədarükü bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə (0,38 min ABŞ dolları dəyərində 0,03 ton) ixrac həyata keçirilib.